Britaniyanın baş naziri ABŞ xüsusi xidmət orqanlarının işgəncə metodlarından istifadə etməsini pisləyib

Britaniyanın baş naziri ABŞ xüsusi xidmət orqanlarının işgəncə metodlarından istifadə etməsini pisləyib
# 10 dekabr 2014 09:39 (UTC +04:00)

Bakı – APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron ABŞ xüsusi xidmət orqanlarının işgəncə metodlarından istifadə etməsini pisləyib.

APA-nın məlumatına görə, D. Kemeron qeyd edib ki, şübhəli şəxslərin dindirilməsi zamanı qadağan olunmuş metodlardan istifadə mənəvi nüfuzun itirilməsi baxımından təhlükəlidir.

“Mənəvi dəyərlərimizdən imtina etsək, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə qalib gələ bilməyəcəyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresinin hesabatında xüsusi xidmət orqanları əməkdaşlarının dindirilmə zamanı sərt metodlardan istifadə etdikləri bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR