“Expressbank” pul köçürmələri ilə bağlı yeni xidmətlər təqdim edib

“Expressbank” pul köçürmələri ilə bağlı yeni xidmətlər təqdim edib
# 10 sentyabr 2014 08:20 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Expressbank” bank kartları üzrə “Visa Personal Payments” və “MasterCard MoneySend” xidmətlərini təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmət vasitəsilə “Visa” və “MasterCard” sahibləri 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilər.

Xidmətdən istifadə etmək üçün bankomatda “Pul köçürmələri” bölməsini seçmək, sonra isə tələb olunan göstəriciləri daxil etmək zəruridir. Köçürmələr manat və ya dollar ilə həyata keçirilir.

Azərbaycan banklarının kart sahiblərinə pul göndərərkən 1%-dək, MDB ölkələri üzrə isə 1,5%-dək komissiya tutulur.

“Expressbank” müştərilərə 6 AZN-dən başlayaraq “Visa” və “MasterCard” kartlarını təqdim edir. Hesaba minimum 400 manat ilkin mədaxil etməklə “Visa Gold”/”MasterCard Gold” kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği “Expressbank” bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Bank həmçinin internet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə bank kartı istifadəçilərinə 3D Secure xidmətini təqdim edir. Bu xidmət həm “Visa”, həm də “MasterCard” kartlarına şamil olunur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR