Şəmkirdə “Mercedes” markalı minik avtomobili yanıb

Şəmkirdə “Mercedes” markalı minik avtomobili yanıb
# 16 oktyabr 2014 23:10 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətandaşa məxsus “Mercedes” markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR