Tanımış yapon pianoçusu Çisato Kusunoki Bakıda konsert proqramı ilə çıxış edəcək

Tanımış yapon pianoçusu Çisato Kusunoki Bakıda konsert proqramı ilə çıxış edəcək
# 13 noyabr 2014 18:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 19-da məşhur yapon pianoçusu Çisato Kusunoki Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, musiqiçinin konserti Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tanınmış məzunu, SSRİ xalq Artisti Murad Kajlayevə həsr olunacaq. Nazirlikdən bildiriblər ki, səfər çərçivəsində M.Kajlayev və Ç.Kusunoki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görüşlər keçirəcəklər.

Qarşıdan gələn 2 ay ərzində Ç. Kusunokinin M.Kajlayevin əsərlərindən ibarət proqramla qastrol səfərləri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR