Rəsmi Moskva ABŞ-ın “İslam Dövləti”nin Suriyadakı mövqelərinə zərbə endirməsinə münasibət bildirib

Rəsmi Moskva ABŞ-ın “İslam Dövləti”nin Suriyadakı mövqelərinə zərbə endirməsinə münasibət bildirib
# 23 sentyabr 2014 15:12 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rəsmi Moskva ABŞ-ın “İslam Dövləti” qruplaşmasının Suriya ərazisindəki mövqelərinə zərbələr endirməsinə münasibət bildirib.

APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, ABŞ digər ölkələrin dəstəyi ilə sözügedən qruplaşmanın Suriyadakı mövqelərinə beynəlxalq hüquq çərçivəsində zərbələr endirə bilər:

“Bu isə zərbələr barədə formal birtərəfli bildirişi deyil, Suriya hökumətinin razılığını, ya da BMT Təhlükəsizlik Şurasının müvafiq qərarını nəzərdə tutur. Rusiya tərəfinin məsələ ilə bağlı prinsipial mövqeyi prezident Vladimir Putinin BMT baş katibi Pan Gi Munla sentyabrın 22-də baş tutmuş telefon danışığında təsdiq olunub”.

Bəyanatda qeyd olunub ki, Yaxın Şərq və Şimali Afrikada terrorizmlə mübarizə dünya ictimaiyyətinin BMT-nin himayəsi altında səylərinin əlaqələndirilməsini tələb edir.

“Region dövlətlərinin suverenliyini pozmaqla, öz geosiyasi tapşırıqlarını həll etmək cəhdləri vəziyyəti daha da gərginləşdirir. Moskvada dəfələrlə xəbərdarlıq ediblər ki, birtərəfli güc ssenarilərinin təşəbbüskarları nəticələrə görə məsuliyyət daşıyırlar”, - deyə Rusiya XİN-nin bəyanatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR