Bakıda dini malların satışı ilə məşğul olan bir neçə mağazanın vergidən yayındığı aşkarlanıb

Bakıda dini malların satışı ilə məşğul olan bir neçə mağazanın vergidən yayındığı aşkarlanıb
# 10 dekabr 2014 12:51 (UTC +04:00)

Bakı - APA-Economics. Vergilər Nazirliyinin rəsmi saytında borclu vergi ödəyicilərin siyahısı açıqlanıb.

APA-Economics”in məlumatına görə, sözügedən siyahıda Bakının Nərimanov rayonunda yerləşən və Qorçuyev Rəşad Nəriman oğluna məxsus “Rabbani” və Səbail rayonu ərazisində qeydiyyatda olan və Fərmanov Namik Azər oğluna məxsus "Müslüm shop" dini malların satışı ilə məşğul olan mağazalar da yer alıb.

Məlumatda bildirilir ki, mağazaların vergidən yayınması Bakı şəhər Vergi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub.

Bununla yanaşı, vergi borcunun həcmi qeyd edilməyib.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR