Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
# 08 dekabr 2014 10:10 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 6-da saat 19:50 radələrində, Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Turqay İmanov idarə etdiyi “Changan” və Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Tahir Tapdıqovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. T.Tapdıqovun sərnişini, Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Asif Mahmudov hadisə yerində dünyasını dəyişib.

T. Tapdıqov və digər sərnişinləri - 1961-ci il təvəllüdlü İzzətəli Baxışov, Ağsu rayon sakini, 1994-cü il təvəllüdlü Röyal Ümidov, habelə T.İmanov və onun sərnişinləri, Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Vəfa Hüseynova, 1989-cu il təvəllüdlü Almurad Əhmədov və qardaşı 1985-ci il təvəllüdlü Səməd Əhmədov xəsarət alaraq xəstəxanaya yerəşdirilib. T.Tapdıqov və T.İmanovun vəziyyəti orta-ağır, digərlərinin vəziyyətləri qənaətbəxş sayılır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR