Bakı. APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın yol sektorunun inkişafına dair 250 mln. dollar həcmində üçüncü çoxtranşlı maliyyələşmə proqramını (MFF) 2015-ci ildə təsdiqləməyi planlaşdırır. “APA-Economics”in məlumatına görə, bu barədə AİB-dən məlumat verilib.
“Gələn il Azərbaycanın yol sektorunun inkişafına dair üçüncü çoxtranşlı maliyyələşmə proqramın təsdiqlənməsi planlaşdırılır. Proqram 250 mln. dollar həcmində qiymətləndirilir. Proqram çərçivəsində Azərbaycanda 1-2 layihə maliyyələşdirilə bilər”- deyə bankdan bildirilib.
Qeyd edək ki, MFF-3 çərçivəsində maliyyələşdirilməsi mümkün olan layihələr hələlik müəyyənləşdirilməyib. Bununla bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparılır.