Rejissor Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd olunub

Rejissor Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd olunub
# 06 dekabr 2014 15:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda tanınmış Azərbaycan rejissoru Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd olunub.

Film Fondundan APA-ya verilən məlumata görə, tədbiri rejissor, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev açıb.

C.Quliyev K.Rüstəmbəyovun Azərbaycan kinematoqrafı qarşısında böyük xidmətlərindən söz açıb.

Kinoşünas Aydın Kazımzadə yubilyar barəsində xatirələrini bölüşərək bildirib ki, K.Rüstəmbəyov “Aygün”, “Dağlarda döyüş”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım” və s. kimi filmlərin rejissorudur.

Tədbirdə K.Rüstəmbəyovun həyat və fəaliyyətindən söz açan qısametrajlı film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR