Bakı sakinindən xeyli miqdarda narkotik vasitə və odlu silah götürülüb

Bakı sakinindən xeyli miqdarda narkotik vasitə və odlu silah götürülüb
# 06 oktyabr 2014 12:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən narkotik vasitə və odlu silah götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fuad Əsədullayevdən 0,35 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə 5 kiloqram 460 qram marixuana və xaricdə istehsal olunmuş “Parad-117” markalı tapança da aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR