Kamran Əliyev:  “Bu il korrupsiya ilə bağlı 150-dən çox cinayət işi məhkəməyə göndərilib ”

Kamran Əliyev:  “Bu il korrupsiya ilə bağlı 150-dən çox cinayət işi məhkəməyə göndərilib ”
# 19 noyabr 2014 13:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K. Əliyev bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2014-cü il ərzində 150-dən çox cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. Bu cinayət işlərinin bir çoxu üzrə artıq məhkəmə qərarları da çıxarılıb. Onun sözlərinə görə, 100-dən artıq cinayət işi hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin icraatındadır. O, bu cinayət işlərinin müxtəlif xarakterli olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR