Azərbaycanda elektron ticarətə vergi nəzarəti həyata keçirilək

Azərbaycanda elektron ticarətə vergi nəzarəti həyata keçirilək
# 27 avqust 2014 11:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Yaxın gələcəkdə Azərbaycanda elektron ticarətə vergi nəzarəti həyata keçiriləcək. Vergilər Nazirliyi bu sahədə təkmil vergi nəzarəti mexanizmini yaratmağı nəzərdə tutur.

APA-Economics”in xəbərinə görə, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov AzərTAc-a müsahibəsində deyib ki, elektron ticarətə vergi nəzarəti ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək.

Baş İdarə rəisi əlavə edib ki, hazırda sahibkarlıq fəaliyyətinin bütün sahələrinə, o cümlədən elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır.

“Sahibkarlıq fəaliyyəti sahəsində baş verən yeni dəyişikliklər biznesin elektron qaydada aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini tapıb. Dünya miqyasında elektron ticarətin meydana çıxması yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının uzlaşdırılmasına zərurət yaradır. Elektron ticarətin xüsusiyyətləri nəzərə alınaraq bu sahədə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir”, - deyə N. Şirinov vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləmək üçün bir sıra qanunvericilik aktları qəbul edilib. Bunlara “Elektron sənəd, elektron imza haqqında”, “Elektron ticarət haqqında” qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini göstərmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR