ABŞ müdafiə naziri Liberiyaya 700 hərbçinin göndərilməsi barədə göstəriş verib

ABŞ müdafiə naziri Liberiyaya 700 hərbçinin göndərilməsi barədə göstəriş verib
# 01 oktyabr 2014 19:07 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ müdafiə naziri Çak Hagel Liberiyaya 700 hərbçinin göndərilməsi barədə göstəriş verib.

APA-nın Pentaqonun saytına istinadən verdiyi məlumata görə, 101-ci “Airborne” Diviziyasından göndəriləcək amerikalı əsgərlər Liberiyada Ebola epidemiyasına qarşı mübarizə aparan qruplara yardım edəcəklər.

Pentaqon sözçüsü Con Kirbi bildirib ki, oktyabrın sonlarına yaxın göndəriləcək hərbçilərə və orada yaradılacaq birləşmiş qüvvələrə general Voleski rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR