Azərbaycanın səfiri Moskvada keçirilən beynəlxalq konfransda erməni tarixçinin təxribat törətmək cəhdinin qarşısını alıb - FOTO

Azərbaycanın səfiri Moskvada keçirilən beynəlxalq konfransda erməni tarixçinin təxribat törətmək cəhdinin qarşısını alıb - <span style="color: red;">FOTO
# 26 noyabr 2014 19:52 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya paytaxtında keçirilən beynəlxalq elmi konfrnasda ermənilər tərəfindən Azərbaycana qarşı törədilən təxribatın qarşısı alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Elmlər Akademiyasında daimi fəaliyyət göstərən “Avrasiya xalqlarının tarixi-mədəni irsi” forumu çərçivəsində “Karaçay-balkar xalqının etnogenezi, tarixi, dili və mədəniyyəti” mövzusunda keçirilən konfransda Ermənistandan gələn nümayəndə heyəti Azərbaycana qarşı təxribata cəhd edib. Belə ki, konfransda məruzə ilə çıxış edən Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun Xristian Şərqi şöbəsinin müdiri, tarix elmləri doktoru Aleksan Akopyan "Orta əsr erməni müəllifləri Mərkəzi Qafqaz xalqları haqqında" adlı məruzəsində konfrans iştirakçılarına “Qarabağın tarixinin ermənilərə bağlı olması, "Artsax" ərazisində qədim erməni tayfalarının yaşaması ilə bağlı” t yalan məlumatlar verib. Konfransda iştirak edən Azərbaycan nümayəndə heyəti Akopyanın çıxışına etirazını bildirib. Erməni məruzəçinin mövzudan kənara çıxdığı, aidiyyatı olmayan mövzu barədə danışdığı qeyd olunub.

Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov öz etirazını bildirərək, Ermənistan nümayəndəsinin söylədiklərinin yalan olduğunu, heç bir tarixi fakta söykənmədiyini qeyd edib, tarixi həqiqtlər barədə danışıb.

Bundan sonra beynəlxalq konfransın təşkilatıçıları Aleksan Akopyandan məruzəsinə aid olan mövzu barədə çıxış etməməyi tələb ediblər.

Qeyd edək ki, dünyanın 18 ölkəsindən 400-dən çox alimin qatıldığı konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarından ibarət nümayəndə heyəti də iştirak edir. Konfransın ilk günü AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Zaur Həsənovun “Skif-sarmat dünyasının etnik və dini problemləri” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Elmi konfransda çıxış edən Qazaxıstanın Xalq Yazıçısı Oljas Süleymenov, Rusiya Elmlər Akademiyasının akademiki V.Tişkov, Karaçayev-Balkar Humanitar Tədqiqatlar Mərkəzinin direktoru V.Rassadin, Rusiya Türkoloqlar Komitəsinin sədri İqor Kormuşin və başqaları çıxışlarında tarixin saxtalaşdırılmasının yolverilməz olmasından, türk xalqlarının qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi, bu sahədə elmi tədqiqatların, genişmiqyaslı arxeoloji və etnoqrafik ekspedisiyaların aparılmasının vacibliyi haqqında danışıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR