Aleksandr Çervyakov: “Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır”

Aleksandr Çervyakov: “Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır”
# 23 sentyabr 2014 07:03 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi əvəzi Aleksandr Çervyakov dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis bu gün start götürəcək mundialda inamlı çıxışa ümid etdiklərini deyib.

O, qrupumuzun baş məşqçilərinin iştirakı ilə Baridə baş tutan mətbuat konfransında bildirib ki, əsas məqsəd növbəti mərhələyə vəsiqə qazanmaqdır: “Azərbaycan yığması dünya çempionatında iştirak etdiyi üçün çox məmnundur. Bütün tamaşaçılara bacardığımız qədər ən yaxşı oyunumuzu göstərəcəyik. İlk növbədə əsas məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı. Amma öncədən hansısa proqnoz vermək çətindir”.

Qeyd edək ki, qrupda ilk 4 yeri tutacaq komandalar mərhələ adlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR