İqtisadiyyat və Sənaye Nazirliyi: Çörək bahalaşmayıb

İqtisadiyyat və Sənaye Nazirliyi: Çörək bahalaşmayıb
# 16 sentyabr 2014 15:15 (UTC +04:00)

Bakı - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi bəzi kütləvi informasiya vasitələrində çörəyin satış qiymətinin bahalaşması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu cür məlumatlar həqiqətə uyğun deyil.

Bildirilib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır və monitorinqlər zamanı çörəyin satış qiymətində heç bir qiymət artımı qeydə alınmayıb.

Monitorinqlər göstərir ki, taxılın və unun qiyməti də sabit olaraq qalır və heç bir qiymət artımı müşahidə edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR