“Azərsu” Kəlbəcər Sukanal İdarəsi yaradıb

“Azərsu” Kəlbəcər Sukanal İdarəsi yaradıb
# 25 avqust 2014 14:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC qaçqın və məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində Gəncə şəhərində Kəlbəcər rayonundan olan 14 199 nəfərdən ibarət 4663 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Qəsəbədə içməli su və kanalizasiya şəbəkələri yaradılmış, sakinləri fasiləsiz su ilə təmin etmək üçün qəsəbəyə su xətti çəkilib.

Məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni yaradılmış şəbəkələrin saxlanması və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə “Birləşmiş Sukanal” MMC-nin tabeliyində Kəlbəcər Sukanal İdarəsi yaradılıb. Məcburi köçkün qəsəbəsinin mövcud su təchizatı və kanalizasiya sistemləri yeni yaradılmış qurumun balansına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR