Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan meşələrində baş verən yanğınla bağlı rəsmi məlumat açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan meşələrində baş verən yanğınla bağlı rəsmi məlumat açıqlayıb
# 03 avqust 2014 18:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Avqustun 3-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 14-cü dolayında yanğın hadisəsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında bildirib ki, ilkin ehtimala görə yanğın ildırım nəticəsində baş verib.

Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində saat 19 radələrində söndürülüb. Yanğın 0,07 hektar ərazini əhatə edib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, bu gün saat 15 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında da yanğın hadisəsi baş verib. Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR