Azərbaycan hərbçiləri avqustun 2-nə keçən gecə Tərtər cəbhəsində 40-dək erməni xüsusi təyinatlısını məhv ediblər - EKSKLÜZİV - VİDEO

Azərbaycan hərbçiləri avqustun 2-nə keçən gecə Tərtər cəbhəsində 40-dək erməni xüsusi təyinatlısını məhv ediblər - <span style="color: red;">EKSKLÜZİV  - <span style="color: red;">VİDEO
# 03 avqust 2014 09:32 (UTC +04:00)

Tərtər. Rəşad Süleymanov – APA. Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub.

Ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərin APA-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşına verdikləri məlumata görə, avqustun 2-nə keçən gecə Azərbaycan hərbçilərinin Nəmirli kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.

Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Nəmirli istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar.

Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.

Hərbçilərin sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR