Gəncə sakini dəm qazından zəhərlənib

Gəncə sakini dəm qazından zəhərlənib
# 26 noyabr 2014 16:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 42 yaşlı qadın dəm qazından zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1972-ci il təvəllüdlü İlhamə Mustafayeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardımdan sonra qadının səhhəti normallaşıb.

Araşdırma zamanı məlum olub ki, İ. Mustafayeva yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR