BQXK cəbhə bölgəsində vurulan erməni helikopterinin pilotlarının taleyi ilə bağlı danışıqlar aparır - VİDEO

BQXK cəbhə bölgəsində vurulan erməni helikopterinin pilotlarının taleyi ilə bağlı danışıqlar aparır - <span style="color: red;">VİDEO
# 13 noyabr 2014 09:22 (UTC +04:00)

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, təmsilçisi olduğu qurum noyabrın 12-də baş vermiş hadisə barədə məlumatlıdır: “Cenevrə konvensiyalarına görə, münaqişə tərəfləri hər bir zaman yaralı və ya həlak olmuşların tapılması və yığılması üçün mümkün olan bütün fəaliyyətlər həyata keçirilməlidir. BQXK vertolyot pilotlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətlər təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır. BQXK əlaqədar orqanlarla dialoq aparır”.

Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR