Xaçmazda Xətai rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinin keçmiş rəisi saxlanılıb

Xaçmazda Xətai rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinin keçmiş rəisi saxlanılıb
# 06 dekabr 2014 13:19 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda keçirilən əməliyyat nəticəsində Xətai rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinin keçmiş rəisi saxlanılıb.

Xaçmaz rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinin keçmiş rəisi Nizami Seyidov saxlanılıb.

Xaçmaz RPŞ-dən əməliyyatla bağlı əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR