BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mətbuat Şurasında olub - FOTOSESSİYA

BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mətbuat Şurasında olub - <span style="color: red;">FOTOSESSİYA
# 29 oktyabr 2014 14:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Bu gün Mətbuat Şurasında (MŞ) BMT-nin Azərbaycanda səfərdə olan İctimai İnformasiya Departamentinin rəhbəri Maher Naserlə görüş keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, Azərbaycanda medianın durumu barədə geniş məlumat verib.

MŞ sədri bildirib ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurası postsovet məkanında medianın özünütənzimləməsi işini həyata keçirən ilk qurumlardandır.

BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Maher Naser Azərbaycana Bakıda keçirilən “Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum”da iştirak məqsədilə gəldiyini vurğulayıb. Rəhbərik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açan qonaq bildirib ki, İctimai İnformasiya Departamenti BMT-yə üzv ölkələrin bir çoxunda struktur bölmələrə malikdir. O, həmçinin departamentin BMT-nin gerçəkləşdirdiyi tədbirlərdə jurnalistlərin akkreditasiyası məsələlərindən, eləcə də həmin toplantıların dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərin spesifik cəhətlərindən bəhs edib.

MŞ İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu vaxtlarda Azərbaycanın qaldırdığı təşəbbüslərin BMT-nin informasiya kanallarında işıqlandırılması məsələlərinə toxunub, mövcud istiqamətdə nəzərə çarpan bir sıra cəhətlərdən söz açıb.

Daha sonra digər çıxışçılar da regional media əməkdaşlığının dərinləşdirilməsi zərurətindən söz açaraq bu istiqamətdə yerli təşkilatların da təcrübəsindən yararlanmağın vacibliyinə toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR