Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
# 20 noyabr 2014 09:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı Cəzaçəkmə Müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Gülşən Rauf qızı Zamanovanın yanına qısamüddətli görüşə gəlmiş anası Xurşud Böyük qızı Zamanovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman qara rəngli əl çantasının içərisindən 1 ədəd “Nokia” markalı və daxilində 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR