Böyük Britaniya səfiri Azərbaycan jurnalistlərini təbrik edib

Böyük Britaniya səfiri Azərbaycan jurnalistlərini təbrik edib
# 22 iyul 2014 10:08 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Sıddık 22 iyul Milli Mətbuat günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edib.

APA-nın səfirliyin rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, səfir Azərbaycanda media nümayəndələrinin mətbuatın inkişafına böyük töhfə verdiyini bildirib.

“Azad fikir və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu demokratiya, sabit və açıq cəmiyyətin yaradılmasının əsas şərtləridir. Biz, Britaniyanın Bakıdakı səfirliyində dəqiq, qərəzsiz və müstəqil mətbuatın yaradılması səylərini dəstəkləməkdən məmnun olardıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR