Azərbaycan prezidenti İtaliyanın sabiq baş nazirini qəbul edib

Azərbaycan prezidenti İtaliyanın sabiq baş nazirini qəbul edib
# 01 oktyabr 2014 10:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın keçmiş baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.


APA – nın məlumata görə, prezident İ. Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən E. Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Prezident İ. Əliyev səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğulayıb.

Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışılıb, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR