Bakıda “Mercedes” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Bakıda “Mercedes” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 iyul 2014 10:32 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili MAN markalı yük maşını ilə toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilində olan 2 sərnişin sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

***

Saat: 11:35

Bakı. Hafiz Heydərov - APA. Bakıda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. “Mercedes” markalı minik maşını yük maşını ilə toqquşub. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, yol polisi əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR