Baraka Obama: “Sanksiyalar öz nəticəsini verir və Rusiya iqtisadiyyatı üzərində ağır yükə çevrilib”

Baraka Obama: “Sanksiyalar öz nəticəsini verir və Rusiya iqtisadiyyatı üzərində ağır yükə çevrilib”
# 07 avqust 2014 07:38 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib. “Sanksiyalar öz nəticəsini verir və Rusiya iqtisadiyyatı üzərində ağır yükə çevrilib”, - deyə o, söyləyib.

Ukrayna böhranından danışan B. Obama bildirib ki, Vaşinqton hələlik problemin sülh yolu ilə həllinə ümid edir və Ukraynaya silah göndərmək qərarına gəlməyib: “Biz Ukrayna hökumətinə və ordusuna yardım edirik və onların öz ölkələrini müdafiə edə bilməsi üçün nələrin lazım olduğu barədə müzakirələri davam etdiririk. Lakin Ukrayna üçün edə biləcəyimiz ən yaxşı şey məsələnin siyasi yolla həlli prosesinə qayıtmaq ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR