Etyen Mahçupyan: “Ermənistanla sərhədlərin açılması həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətlərindən asılıdir”

Etyen Mahçupyan: “Ermənistanla sərhədlərin açılması həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətlərindən asılıdir”
# 13 dekabr 2014 09:05 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, E. Mahçupyan bildirib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair razılaşma ancaq tam tənzimlənmə əsasında əldə oluna bilər: “Burada söhbət həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətlərindən gedir”.

Uydurma “erməni soyqırımı”nın 100 illiyinə toxunan E. Mahçupyan bildirib ki, 2015-ci ilin 24 aprel tarixi çox simvolik bir tarixdir, bu tarixin yaxınlaşması erməni dairələrində radikalizmin kəskinləşməsinə səbəb olur, onlar bu məsələyə kompromissiz mövqedən yanaşırlar.

Baş məsləhətçi qeyd edib ki, Türkiyənin erməni tərəfinin tələblərinə uyğun hansısa qənaətbəxş qərarlar qəbul edəcəyinə inanmır.

“Erməni tərəfinin bu cür yanaşması ilə Türkiyənin erməni soyqırımı və sərhədlərin açılması məsələsində hansısa güzəştə getməsi qeyri-mümkündür”, - deyə E. Mahçupyan vurğulayıb. Bununla belə, o qeyd edib ki, Türkiyənin bu məsələdə hər hansı addımlar atması yalnız bir ildən sonra – ehtiraslar səngiyəndən sonra baş verə bilər.

E. Mahçupyan xatırladıb ki, bu il Türkiyənin keçmiş baş naziri Rəcəb Tayyip Ərdoğan ölkə tarixində ilk dəfə 1915-ci il hadisələrini iki ölkənin acısı kimi qiymətləndirib.

“Bu, son həddir. Türkiyə heç bir halda bu həddən aşağı düşməz”, - deyə E. Mahçupyan sözlərini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR