Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin üçüncü müsabiqəsini elan edib - FOTO

Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin üçüncü müsabiqəsini elan edib - <span style="color: red;">FOTO
# 12 noyabr 2014 08:13 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə gənc alim və mütəxəssislərin üçüncü müsabiqəsini elan edib.

Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcmi 500000 (beş yüz min) manat nəzərdə tutulub.

Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur. Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarımilində açıqlanacaq. Müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər.

Qeyd edək ki, sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR