Rumıniyanın xarici işlər naziri mitinqlərdən sonra istefaya gedib

Rumıniyanın xarici işlər naziri mitinqlərdən sonra istefaya gedib
# 10 noyabr 2014 12:33 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rumıniyanın xarici işlər naziri Titus Korlatean ölkəsində minlərlə insanın etiraz nümayişindən sonra istefaya gedib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, etiraz aksiyası noyabrın 2-də baş tutmuş prezident seçkilərinin birinci turunda iştirak edən bilməyən xaricdəki Rumıniya vətəndaşlarına dəstək olaraq keçirilib.

Bütün ölkəni bürüyən mitinqlərdən sonra baş nazir Viktor Pont xarici işlər nazirinə göstəriş vermişdi ki, noyabrın 16-na təyin edilmiş ikinci tur seçkilərinin səfirliklərdə normal keçirilməsinə nəzarət etsin. Lakin T.Korlatean seçkilərin ikinci turunu gözləmədən vəzifəsindən istefa verdiyini bəyan edib.

Qeyd edək ki, narazılıqlara əsas səbəb kimi noyabrın 2-də keçirilən seçkilər zamanı bir çox səfirliklərdə seçicilərin imzalaması gərəkən sənədlərin tez qurtarması və bununla da onların səs vermək imkanından məhrum olunması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR