“Qazpromavia”nın vertolyotunun keyfiyyətsiz yanacaqdan istifadə etdiyi üçün qəzaya uğradığı güman olunur

“Qazpromavia”nın vertolyotunun keyfiyyətsiz yanacaqdan istifadə etdiyi üçün qəzaya uğradığı güman olunur
# 12 yanvar 2009 08:55 (UTC +04:00)
Moskva – APA. Yanvarın 9-da qəzaya uğramış “Qazpromavia”ya məxsus Mi-8 vertolyotunun istifadə etdiyi yanacağın tərkibi yoxlanacaq. APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, qəzanın səbəblərini araşdıran Qərbi Sibir Nəqliyyat Prokurorluğu qəzanın yanacağın keyfiyyətsiz olması səbəbindən baş verdiyini güman edir. Prokurorluğun rəsmi nümayəndəsi Vladimir Markin əlverişsiz hava şəraiti, pilot xətası və vertolyotun nasazlığı versiyalarını da araşdırdıqlarını açıqlayıb. Ancaq “Qazpromavia”nın təhlükəsizlik müfəttişliyinin rəhbəri Sergey Çernışev vertolyotun 2008-ci ildə satın alındığını və nasaz ola bilməyəcəyini, vertolyotun 30 ildən çox uçuş stajına malik təcrübəli pilot Aleksey Bayandin tərəfindən idarə edildiyini, həmçinin uçuş zamanı havanın normal olduğunu bildirərək bu versiyaları istisna edib.

Xatırladaq ki, içində 11 nəfərin, o cümlədən Rusiya prezidentinin Dövlət Dumasındakı nümayəndəsi Aleksandr Kosopkinin də olduğu vertolyot yanvarın 9-da Altay Respublikasının Çemal və Koş-Ağac yaşayış məntəqələri arasında yoxa çıxıb. Vertolyotun düşdüyü yeri iki sonra müəyyənləşdirmək mümkün olub. Qəzada 7 nəfər ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR