Şirvanda narkotik maddə satan şəxslər tutulub

Şirvanda narkotik maddə satan şəxslər tutulub
# 30 yanvar 2009 10:20 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda narkotik maddə satan şəxslər tutulub.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Şirvan şəhər sakini, Xanlar küçəsi 1 ünvanda yaşayan 1966-cı il təvəllüdlü Novruzov Sulduz Novruz oğlu 1 qram heroini F. Eynullayev küçəsi 5, mənzil 24-də yaşayan 1970-ci il təvəllüdlü İsmayılov Elşən İsrafil oğluna satarkən tutulub. E. İsmayılov isə narkotik maddəni başqa bir şəxsə satmaq istəyərkən həbs edilib.
S. Novruzovun evində axtarış zamanı onun evindən 5 bükümdə müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Ehtimala görə, S. Novruzov Şirvan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əsas şəxslərdən biridir. Faktla bağlı Şirvan şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR