Bakı Fond Birjasının səhmdarlarının tərkibində dəyişiklik baş verib

Bakı Fond Birjasının səhmdarlarının tərkibində dəyişiklik baş verib
# 07 avqust 2009 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasının (BFB) səhmdarlarının və üzvlərinin tərkibində dəyişiklik baş verib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, «AGBank» Səhmdar Kommersiya Bankı BFB-nın səhmdarları və üzvləri sırasından çıxıb, onun yerinə isə «Caspian Financial» MMC şirkəti daxil olub.

«Caspian Financial» şirkətinin nizamnamə kapitalında 51% «Kazimir Partners» (Böyük Britaniya) investisiya şirkətinə, 49% isə «AGBank»a malikdir. Şirkət daxili və xarici qiymətli kağızlar bazarında broker xidmətləri, sərmayə və aktivlərin idarə olunması xidmətləri göstərmək məqsədi ilə yaradılıb.

Qeyd edək ki, «Caspian Financial» şirkəti cari ilin mayın 14-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR