Azərbaycan Dövlət Film Fondu Belarus Kino-Foto Sənədlər Arxivi ilə müqavilə imzalayıb
12 iyul 2010 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondu Belarus Kino - Foto Sənədlər Arxivi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu barədə APA-ya məlumat verən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, bununla əlaqədar fondun əməkdaşları iyulun 8-dən 11-dək Belarus Kino-Foto Sənədlər Arxivində olublar.
C. Quliyev deyib ki, müqaviləyə əsasən hər iki arxiv filmlərin qorunub saxlanılması sahəsində əməkdaşlıq edəcək, eyni zamanda Azərbaycan və Belarusla bağlı sənədlərin araşdırılması və üzə çıxarılması sahəsində iş aparacaqlar. Belarus arxivi artıq Dövlət Film Fonduna Azərbaycan haqqında kinofilmlərin və fotomaterialların siyahılarını təqdim edib. Bu siyahının tez bir zamanda mətbuatda dərc olunması nəzərdə tutulur. Həmin sənədlər Azərbaycanın görkəmli incəsənət, mədəniyyət xadimlərinin Belarusdakı fəaliyyəti ilə əlaqəlidir.

Mədəniyyət siyasəti
Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
18:45
10 may 2024
Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib
14:49
10 may 2024
Baş direktor: Qarşıdakı günlərdə Bakıda ICESCO-nun regional ofisinin açılışı olacaq
11:57
10 may 2024
ICESCO-nun baş direktoru: Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək
11:49
10 may 2024