Nazir: "Bələdiyyələrlə bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilib”

Nazir: "Bələdiyyələrlə bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilib”
# 20 noyabr 2015 07:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Ədliyyə Nazirliyinin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 360-dan çox cinayət işinin istintaqı tamamlanıb. Bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub”.

APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib. Nazir qeyd edib ki, cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktı yoxlanılıb, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb: “Ekspertiza sahəsində elm və texnikanın son nailiyyətləri tətbiq olunmaqla 9 ayda 21 minədək iş üzrə tədqiqatlar aparılaraq ekspert rəyləri verilib. Ekspertlər qarşısında qoyulmuş 500 minə yaxın sual cavablandırılıb ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR