Dubay Gömrük Komitəsinin sədri: "Azərbaycanın həyata keçirdiyimiz layihələrin bir hissəsi olmasını arzu edirik" - FOTOSESSİYA - VİDEO

Dubay Gömrük Komitəsinin sədri: "Azərbaycanın həyata keçirdiyimiz layihələrin bir hissəsi olmasını arzu edirik" - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2015 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd Sultan bin Sulayem Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşüb.

APA-Economics”in məlumatına görə, A. Əliyev Azərbaycanla BƏƏ-ni birləşdirən bir çox amillərin olduğunu vurğulayıb: “Bizi Dubayla sıx ticarət əlaqələri birləşdirir. İlbəil Azərbaycanla BƏƏ arasında ticarət əlaqələrinin həcmi sürətlə artır. Bu göstərici bizim uğurlu ticarət partnyoru olduğumuzu göstərir. Azərbaycan şirkətləri Dubayın port limanlarından istifadə edirlər. Bizi birləşdirən digər amil odur ki, hər iki ölkə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) aktiv üzvlərindəndir. Təşkilatın regional ofislərindən biri Azərbaycanda, biri isə Dubayda yerləşir. Ümumiyyətlə, bizim ümumi maraq doğuracaq işbirliyimiz var. Sizin nümayəndə heyətinin Azərbaycanda gömrük işinin təşkili ilə tanışlıqdan sonra tələb və təkliflərə uyğun işimizi qurmaq daha əlverişli olardı".

A. Əliyev ÜGT-nin xətti ilə böyük tədbirlərin reallaşdırılmasının ölkəmizin gömrük sisteminə böyük töhfə verdiyini vurğulayıb. "Biz bilirik ki, ÜGT-nin informasiya texnologiyaları sahəsində ən böyük sərgisi Dubayda keçirilib. Təşkilat elm sahəsində ən böyük tədbirlər üçün isə Azərbaycanı seçir", - deyə komitə sədri bildirib.

Sultan Əhməd Sultan bin Sulayem də çıxışında BƏƏ-nin Azərbaycanla istər sərnişin, istərsə də məhsul dövriyyəsi sahəsində uğurlu partnyor olduğunu deyib.

"Bakı Şərqlə Qərb arasında strateji mövqeyə malikdir. Neftdən əldə olunan gəlirlərin ölkə iqtisadiyyatına yönəldilməsi istiqamətində Azərbaycan böyük uğur qazanıb. Bu, ölkə rəhbərliyinin düzgün siyasəti sayəsində baş verib. Biz Bakı ilə əməkdaşlığa maraqlıyıq. Hazırda Dubay portları 65 limanı idarə edir və biz hazırda gələcəyə yönəlmiş bir layihə üzərində işləyirik. Dəmir yolu sahəsində də layihələrimiz var. Azərbaycanın həyata keçirdiyimiz layihələrin bir hissəsi olmasını arzu edirik", - deyə qonaq qeyd edib.

Qeyd edək ki, BƏƏ nümayəndə heyəti bu gün Heydər Əliyevin məzarını ziyarət edib. Qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin məzarını ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR