“Cəmiyyət və əxlaq” mövzusunda tədbir keçirilib - FOTO

“Cəmiyyət və əxlaq” mövzusunda tədbir keçirilib - <font color=red>FOTO</font>
# 29 sentyabr 2011 15:29 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Bu gün Azərbaycan Ziyalılar Forumunun toplantısı olub. APA-nın məlumatına görə, rejissor-ssenarist Rüstəm İbrahimbəyovun sədrliyi ilə keçirilən toplantıda “Cəmiyyət və əxlaq” mövzusu müzakirə edilib.

Tədbirdə professor Rafiq Əliyev, şair Ramiz Rövşən, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı Əkrəm Əylisli, filosof Niyazi Mehdi, politoloq Zəfər Quliyev və digər ziyalılar çıxış edərək, Azərbaycan cəmiyyətinin hazırkı vəziyyəti, milli mentalitet, əxlaq, davranış, etik normalar və s. barədə fikirlərini bölüşüblər.

Əsas diqqət indiki durumda ziyalıların vəzifələrinə yönəldilib, cəmiyyətin düzgün istiqamətdə inkişaf etməsində aydınların üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR