Azərbaycanda daha bir sığorta şirkəti bağlanılıb - YENİLƏNİB

Azərbaycanda daha bir sığorta şirkəti bağlanılıb - <font color=red>YENİLƏNİB</font>
# 05 dekabr 2011 06:43 (UTC +04:00)
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sığorta qanunvericiliyi, lisenziyanın tələbləri və qanunvericiliyə uyğun olaraq verilmiş sığorta nəzarəti orqanının icrası məcburi olan göstərişlərin yerinə yetirilməməsi ilə əlaqədar «Günay Sığorta» ASC-nin sığorta fəaliyyəti aparmaq hüququ verən 2008-ci il 14 avqust tarixli lisenziyanın qüvvəsi Nazirliyin müvafiq əmri ilə dayandırılıb.

Xatırladaq ki, «Günay Sığorta» şirkətinin lisenziyası artıq ikinci dəfədir dayandırılır.

Şirkətin lisenziyasının qüvvəsi ilk dəfə 2010-cu il mayın 7-də dayandırılıb. Lisenziyanın dayandırılmasına əsas səbəb kimi həmin şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməsi göstərilir. Lakin sonradan, 2010-cu ilin avqust ayında şirkətin lisenziyası yenidən bərpa olunub.

Qeyd edək ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR