Azərbaycanda yol qəzasında ölən ərəblərin meyitləri ölkələrinə təhvil veriləcək

Azərbaycanda yol qəzasında ölən ərəblərin meyitləri ölkələrinə təhvil veriləcək
# 08 noyabr 2016 10:07 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsində ölən ərəblərlə bağlı yeni faktlar açıqlanıb.

APA-nın məlumatına görə, qəzada ölən kişi Birləşmiş Ərəb Əmirliklərinin, qadın isə İordaniyanın vətəndaşı olub. Onlar ər-arvad olmayıblar. Hər iki şəxs turist kimi Azərbaycana gəlib. Yol-nəqliyyat hadisəsi də onlar gəzməyə gedərkən baş verib.

Hazırda ölən şəxslərin meyitlərinin ölkələrinə göndərilməsi üçün müvafiq sənədləşmə işləri həyata keçirilir.

Qeyd edək ki, məlum hadisə noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR