Ağcabədidə 3 hektar sahədə biçilmiş taxıl sahəsi, Kürdəmirdə isə 60 ədəd ağac yanıb

Ağcabədidə 3 hektar sahədə biçilmiş taxıl sahəsi, Kürdəmirdə isə 60 ədəd ağac yanıb
# 30 avqust 2015 03:13 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Ağcabədidə və Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Şərəfxanlı kəndində vətəndaşa məxsus ərazidə 3 ha sahədə biçilmiş taxıl sahəsi və taxtadan tikilmiş yardımçı tikilinin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yaxındakı tikililər yanğından mühafizə olunub.

Kürdəmir rayonu, Yenikənd kəndində isə vətəndaşa məxsus bağ sahəsində 20 ha sahədə kol-kos və 60 ədəd ağac yanıb. Ərazidəki ağaclar mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR