Diyarbəkırdə polis məmuru oğurlanıb

Diyarbəkırdə polis məmuru oğurlanıb
# 28 iyul 2015 19:06 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Diyarbəkır vilayətində, Lice rayonunda PKK terror təşkilatının silahlıları bir polis məmurunu oğurlayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, yolu kəsən bir qrup terrorçu ailəsi ilə Ərzurumdan Şanlıurfaya yollanan polis məmuru Sedat Yabalakın avtomobilini saxlayıb.

Sürücünün polis məmuru olduğunu bildikdə, terrorçular onun ailəsini sərbəst buraxıb, S.Yabalakı isə özləri ilə aparıblar. Sedat Yabalakın bir müddət əvvəl Şanlıurfa Təhlükəsizlik İdarəsinə təyinat aldığı bildirilir.

Qeyd edək ki, 4 gün əvvəl Diyarbəkır vilayətində terrorçular digər polis məmuru Vedat Kayanı oğurlamışdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR