Azərbaycan Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Azərbaycan Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
# 10 may 2016 15:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi 12-16 may tarixlərində təşkil olunacaq.

Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil edəcək.

İtaliyanın ən böyük kitab sərgisində iştirak etməkdə məqsəd ölkəmizin kitab sənətinin, Qarabağla bağlı həqiqətlərin, turizm imkanlarının və nəşriyyat-poliqrafiya sahəsinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması və yeni əməkdaşlıqların yaradılmasıdır. Tədbirdə yerli və xarici olmaqla 1100 təşkilat iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan ötən ildən Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR