Suriyada ABŞ, Kanada və Britaniyada partlayışlar törətməyi planlaşdıran terrorçu öldürülüb

Suriyada ABŞ, Kanada və Britaniyada partlayışlar törətməyi planlaşdıran terrorçu öldürülüb
# 06 may 2016 04:33 (UTC +04:00)

Bakı-APA. Suriyada beynəlxalq koalisiyanın hava qüvvələrinin zərbələri nəticəsində ABŞ, Kanada və Böyük Britaniyada terror aktları törətməyi planlaşdıran silahlı məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

“Aprelin 22-də koalisiya qüvvələri Sudan vətəndaşı Əbu Səyyafa havadan zərbə endiriblər. Nəticədə o və onun Avstraliya vətəndaşı olan həyat yoldaşı məhv edilib”, - deyə o qeyd edib.

Piter Kukun sözlərinə görə, Əbu Səyyaf ABŞ, Kanada və Böyük Britaniyada terror aktlarının planlaşdırılması ilə məşğul olub: “O həyat yoldaşı ilə birlikdə qərb ölkələrin maraqlarına ciddi zərər vurmaq məqsədilə əcnəbi silahlıların cəlb olunması ilə fəal məşğul olublar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR