İspaniya kubokunun qalibi müəyyənləşib

İspaniya kubokunun qalibi müəyyənləşib
# 23 may 2016 00:14 (UTC +04:00)

Bakı-APA. İspaniya kubokunun 2015/16 mövsümünün final matçı keçirilib.

Apasport.az saytının məlumatına görə, həlledici oyunda "Barselona" "Sevilya" ilə qarşılaşıb.

"Visente Kalderon"da keçirilən oyunda qalib gələn kataloniyalılar “qızıl dubl”a imza atıblar.

Qeyd edək ki, bundan öncəki ölkə kubokunun da qalibi olan "Barsa"nın hesabında ümumilikdə 28 ölkə kuboku var. Katalonlar bu cəhətdən hamını qabaqlayır.

İspaniya kuboku, final

22 may

“Barselona” – “Sevilya” - 2:0 (əlavə vaxtda)

Qollar: Xordi Alba, 97, Neymar, 120+2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR