Şimali Koreyada toy və yas mərasimlərinə müvəqqəti qadağa qoyulub

Şimali Koreyada  toy və yas mərasimlərinə müvəqqəti qadağa qoyulub
# 02 may 2016 03:41 (UTC +04:00)

Bakı-APA. Şimali Koreyanın lideri Kim Çen In Əmək Partiyasının qurultayınadək ölkədə toy və yas mərasimlərinə qadağa qoyub.

APA-nın məlumatına görə, bu barədə “The Sunday Times” yazıb.

“Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”, rəsmi mənbələr bildirib.

Qeyd olunur ki, paytaxt Pxenyan şəhərinə bütün giriş və çıxışlar bağlanacaq.

Şimali Koreyada son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Hakim partiyanın sayca VII qurultayı mayın 6-a planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR