Brüsseldə İranın nüvə proqramı müzakirə olunacaq

Brüsseldə İranın nüvə proqramı müzakirə olunacaq
# 19 may 2016 03:51 (UTC +04:00)

Bakı-APA. Mayın 19-da Brüsseldə İranın nüvə proqramı müzakirə olunacaq.

APA-nın xəbərinə görə, bu barədə Avropa Xarici Siyasət Xidmətinin məlumatında deyilir.

Görüşdə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini və ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın XİN rəhbərləri iştirak edəcək.

“Tərəflər nüvə razılaşması ilə bağı öhdəliklərin yerinə yetirilməsi, İrana qarşı beynəlxalq sanksiyaların ləğvi prosesini müzakirə edəcəklər”, məlumatda vurğulanır.

Qeyd edək ki, bu gün Brüsseldə NATO Şurasının XİN rəhbərləri səviyyəsində iki günlük iclası başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR