PKK Bursadakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

 PKK Bursadakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
# 01 may 2016 20:22 (UTC +04:00)

Bakı-APA. Aprelin 27-də Bursada törədilən partlayışa görə məsuliyyəti PKK terror təşkilatının qolu olan “Kürdüstan azadlıq şahinləri” qruplaşması öz üzərinə götürüb.

APA-nın “Reuters” agentlitiynə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, “Ulucami” məscidinin yaxınlığında baş verən partlayışda 13 nəfər xəsarət alıb. Partlayışı təxminən 25 yaşlarında “kamikadze”qadın törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR