Özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub

Özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub
# 13 may 2016 14:36 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazax rayonunda özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax rayon sakini, Fariz Namazov rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Şahməddin adlı şəxs özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edərək ona məxsus mağazadan 68 manat məbləğində ərzaq malları, 200 manat nağd pulu mənimsəyib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edən Şirvan sakini Şahməddin Həsənov Ağstafa rayonu Poylu qəsəbəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR