AMB: I rübdə manatla müddətli depozitlər 6% artıb, tələb olunanadək depozitlər 5% azalıb

AMB: I rübdə manatla müddətli depozitlər 6% artıb, tələb olunanadək depozitlər 5% azalıb
# 16 may 2016 08:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin I rübündə manatla pul təklifinin dinamikası ötən illərin müvafiq dövründə olduğu kimi, əsasən mövsümi amillərin təsiri altında formalaşıb.


"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

Məlumata əsasən, dövr ərzində dollarlaşmanın səngiməsi də pul kütləsinin dinamikasına və strukturuna təsir göstərib. Hesabat dövründə manatla pul bazası 5,3% azalaraq rübün sonuna 6 mlrd. 535,8 mln. manat təşkil edib. Pul bazasının azalmasına xalis xarici aktivlərin 9,2% azalması səbəb olub. Xalis daxili aktivlər isə rüb ərzində 889,2 mln. manat (23,2%) artıb. Rüb ərzində pul bazasının həcminin aşağı düşməsində manatla müxbir hesabların 38% azalması əsas rol oynayıb.

Dövriyyədə olan nağd pul kütləsi (bank sistemindən kənar nağd pul və bankların kassalarındakı nağd pul) isə 3,6% artıb. Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatoru 9% artaraq 1,37 səviyyəsinə yüksəlib. Bununla əlaqədar olaraq, manatla pul kütləsi pul bazasının əksinə olaraq artım nümayiş etdirib. Rüb ərzində manatla geniş pul kütləsi (M2) 3,1% artaraq dövrün sonuna 8 mlrd. 943 mln. manat təşkil edib. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul və fiziki şəxslərin əmanətləri artıb, hüquqi şəxslərin depozitləri isə azalıb. Belə ki, nağd pul kütləsi dövr ərzində 5,4% artıb. Rüb ərzində fiziki şəxslərin manat depozitləri 6,4% artıb, hüquqi şəxslərin manat depozitləri isə 3,4% azalıb. Manatla depozitlərin müddət strukturunda da rüb ərzində dəyişiklik baş verib. Manatla müddətli depozitlər rüblük 6% artıb, tələb olunanadək depozitlər isə 4,8% azalıb. Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 3,1% azalaraq 20 mlrd. 635,1 mln. manat olub. M3 pul aqreqatının M2 pul aqreqatından fərqli olaraq azalma nümayiş etdirməsi pul kütləsinin dinamikası və strukturunda xarici valyutada əmanət və depozitlərin azalması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR